IMG-LOGO

Milli Məclisdə ölkənin su təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək

26.02.2024 15:10 248 baxış
IMG

Milli Məclisdə “Ölkənin su təsərrüfatı: nəticələr, problemlər və çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək.

“Report”un xəbərinə görə, toplantı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə fevralın 28-də baş tutacaq.

İclasda deputatlarla yanaşı, müvafiq qurumların nümayəndələrinin iştirak etməsi gözlənilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti