IMG-LOGO

Türkiyə parlamentinin sədri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

26.02.2024 12:19 100 baxış
IMG

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.

“Report”un xəbərinə görə, o, faciənin 32-ci ildönümü ilə əlaqədar “X” sosial şəbəkəsində paylaşım edib.

“1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən uşaq, qoca və qadın - bütün qardaşlarımızın xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm.

Bütün dünya insanlığa qarşı törədilən bu cinayətin qurbanlarına məhəl qoymasa da, onlar həmişə var olacaq. Azərbaycanlı qardaşlarımızı hər zaman yaxşılıqla xatırlayacağıq”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti