IMG-LOGO

Türkiyə XİN: Xocalı faciəsi insanlıq tarixinə qara bir ləkə olaraq keçib

26.02.2024 09:12 192 baxış
IMG

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. “26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”, - paylaşımda bildirilib.

Hocalı Katliamı’nın 32. Yıldönümü Hk. https://t.co/bocP1bAcDU pic.twitter.com/wgstFf8qjL

— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) February 26, 2024 Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti