IMG-LOGO

Subay insanlar evlilərdən daha xoşbəxtdirlər - ARAŞDIRMA

26 Feb 2024 06:52 124 baxış
IMG

Kaliforniya Universitetinin alimləri evli insanların az xoşbəxt olduğunu deyir.

Araşdırmaya rəhbərlik edən Dr. Bella DePaulo öz kitabında nəticələri paylaşdı.

Media və hətta elmi jurnallar evliliyin sağlamlıq və rifah üçün faydalı olduğu iddia etsələr də alim bunun əksini bildirib.

İntihar, depressiya, tənhalıq, fiziki sağlamlıq və xoşbəxtliklə bağlı araşdırma nümunələri nəzərdən keçirildikdə nəticələr dəyişir.

Həyat tərzi nəzərə alındıqda subayların yaşadıqları həyatla daha xoşbəxt ola biləcəyi müəyyən edilmişdir.

Araşdırmalar göstərir ki, evlilik insanları subaylardan daha xoşbəxt və ya daha sağlam etmir. Alimlər evli və heç vaxt evlənməmiş insanların fiziki və psixi sağlamlığını araşdırıblar. Belə çıxır ki, subay insanlar evlilərdən daha xoşbəxt olurlar.

Mənbə: lent.az

Xəbər lenti