IMG-LOGO

Sabah paytaxtda bəzi marşrut avtobuslarının hərəkəti dəyişəcək

25 Feb 2024 20:43 153 baxış
IMG

Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar fevralın 26-da müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunacaq.

Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti