IMG-LOGO

Abşeronda PARTLAYIŞ və YANĞIN-YENİLƏNİB

24 Feb 2024 22:17 268 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib. 

Lent.az xəbər verir ki, yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Əlavə məlumat veriləcək.  

***

22.13

Abşeronda mənzildə partlayış olub

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Saray MTK-da yerləşən mənzillərdən birində baş verib.

Hadisə zamanı mənzildə olan Həsənzadə Fidan Araz qızı xəsarət alıb.

***

21.58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olması barədə ilkin məlumat daxil olub.

Lent.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.  

Mənbə: lent.az

Xəbər lenti