Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Dəllərcəyir kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb. Sərnişin, 1989-cü il təvəllüdlü Elçin Qarayev xəsarət alaraq xəstəxanaya yerlədirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: lent.az