IMG-LOGO

Kanada Rusiyanın 163 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib

23.02.2024 20:22 215 baxış
IMG

Kanada Rusiyanın 10 fiziki və 153 hüquqi şəxsinə sanksiya tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sanksiya tətbiq edilən şəxslər arasında Rusiya Prezidentinin köməkçisi İqor Levitinin də adı var.

Məlumata görə, S.V.İlyuşin adına Aviasiya Kompleksinə də sanksiya tətbiq edilib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti