IMG-LOGO

KTMT: Ermənistandan üzvlüyün dayandırılması ilə bağlı müraciət almamışıq

23.02.2024 11:12 100 baxış
IMG

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə Ermənistanın təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı heç bir açıqlama daxil olmayıb.

“Report” xəbər verir ki, bu barədə KTMT Katibliyindən məlumat verilib.

“Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı Nikol Paşinyanın fikirləri, görünür, təşkilatın keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir”, - KTMT qeyd edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib ki, ölkəsinin Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti