IMG-LOGO

İraq parlamentinin sədri dünya ölkələrini Qəzzadakı müharibənin qarşısını almağa çağırıb

22.02.2024 11:05 185 baxış
IMG

İraq Nümayəndələr Şurasının spikeri Mohsin Əli Əkbər Əl-Mandalavi (Mohsin Ali Akbar Al-Mandalawi) dünya ölkələrini Qəzzadakı müharibənin qarşısını almağa çağırıb.

“Report”un məlumatına görə, o, fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib ki, bəşəriyyətin rifahı naminə Asiya qitəsində sabitlik və sülhün bərqərar olması üçün çalışmaq lazımdır:

"Bu baxımdan ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, Qəzza zolağındakı böhranı həll etmək vacibdir. Çünki bu müharibənin təsirinin dünyaya yayılmaq təhlükəsi var. Ona görə də müharibənin qarşısını almaq bütün dünya ölkələrinin məsuliyyətidir. Hazırda İraq hökuməti və xalq olaraq, bu istiqamətdə bütün güclərimizi səfərbər etmişik”.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti