IMG-LOGO

Şri Lanka Parlamentinin spikeri: Asiya regionu su problemi ilə üzləşir

22.02.2024 11:18 192 baxış
IMG

Şri Lanka Parlamentinin spikeri Mahinda Yapa Abeyvardana (Mahinda Yapa Abeywardana) Asiya regionundakı su problemi kimi məsələləri aradan qaldırmağın vacibliyini vurğulayıb.

“Report”un xəbərinə görə, o, Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib ki, sabahı bu gündən yaxşı edə bilmək üçün düşünməlidirlər:

“Hesab edirəm ki, Asiya yuxuda olan bir nəhəngdir. Biz fəaliyyətimizdə dayanıqlı olmalıyıq ki, istədiyimiz məqsədlərə nail olaq. Biz istəmərik ki, Asiya regionu problemlərlə üzləşsin. Ancaq bu regiondakı xalqlar bəzi qanunsuz cərrahiyyə əməliyyatları, su problemləri kimi məsələlərlə üzləşirlər. Biz əlimizdən gələni etməliyik ki, Asiyanı oyadıb dirçəldək”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti