IMG-LOGO

Gənclər Fondunun Naxçıvan filialı yaradılıb - YENİLƏNİB

21.02.2024 23:17 196 baxış
IMG

Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının qərarı ilə fondun Naxçıvan filialı yaradılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının qərarı ilə fondun Naxçıvan filialı yaradılıb.

Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilməsi ilə bağlı sərəncam imzalamışdı.

19:47

“Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti