IMG-LOGO

Son on gündə Cəlilabadda 83 nəfər qızılcaya yoluxub 

19.02.2024 18:49 100 baxış
IMG

Cəlilabad rayonunda son on gün ərzində 83 nəfər qızılca virusuna yoluxub.

"Report"un Muğan bürosunun məlumatına görə, noyabr ayından bugünədək yoluxma sayı 576 nəfər təşkil edir.

Yoluxanlardan 18 yaşdan kiçiklər 379 nəfər, 18 yaşdan böyüklər isə 197 nəfərdir.

Hazırda aktiv xəstə sayı 83 nəfərdir. Xəstələrdən 1-i stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, ötən gün 8 nəfər bu virusa yoluxub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti