Şair Məmməd İsmayıl Türkiyədən Bakıya gətirilib.
Lent.az-ın xəbərinə görə, uzun müddətdir ağır xəstə olan şair Bakıda özəl xəstəxanalardan birinə yerləşdirilib. O bir neçə dəfə Türkiyədə əməliyyat olunsa da, müalicə nəticə verməyib.
Sosial şəbəkələrdə son günlər tez-tez paylaşım edən Məmməd İsmayıl ölümü gözlədiyini, ömrünün son günlərini yaşadığını bildirib.
83 yaşlı Məmməd İsmayıl uzun illərdir ki, Türkiyədə yaşayır, Çanaqqala Universitetində dərs deyir.