IMG-LOGO

Tanınmış modeli yadplanetlilər təqib edib

19.02.2024 11:51 104 baxış
IMG

Britaniyalı model Abbey Clanci avtomobilinin üçan naməlum obyekt (UNO) tərəfindən təqib edilməsindən danışıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, model London yaxınlığındakı magistral yolda avtomobil idarə edərkən qəribə hadisənin şahidi olub.

“Çox qeyri-adi bir şey gördüm. Yağış yağmışdı. Günəşin batmasına çox az qalmışdı, parlaq təbii işıq yox idi və küçə işıqları hələ yandırılmamışdı. Ancaq maşınımın üstündə üç uzunsov işıq obyekti var idi - ağ işıq", - model söyləyib.

Model işıq saçan obyektlərin bir müddət avtomobilin arxasına yaxınlaşaraq hərəkət etdiyini iddia edir. Sonra hər biri ayrı istiqamətdə gözdən itdi.

2023-cü ildə ABŞ Konqresində dinləmələr keçirildi, bu dinləmələrdə keçmiş kəşfiyyatçı Devid Qruş bəyan edib ki, bir çox ölkələrin hakimiyyət orqanları yadplanetlilərin varlığından bir neçə onilliklər ərzində xəbərdardırlar və onların texnologiyasını axtarırlar.

Xəbər lenti