IMG-LOGO

Azərbaycanda qızılca 6 yaşlı uşağın həyatına son qoydu

19.02.2024 10:03 104 baxış
IMG

Azərbaycanda daha bir uşaq qızılcadan ölüb. 

Lent.az xəbər verir ki, hadisə Lənkəranda qeydə alınıb.

Rayonun Veravul kənd sakini 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti