IMG-LOGO

Hacıqabulda iki avtomobil toqquşdu-Xəsarət alanlar var

18 Feb 2024 19:51 164 baxış
IMG

Hacıqabulda iki minik avtomobili toqquşub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Saatlı rayonunun Qıraqlı kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədova Ağabəyim Mişdaba qızı ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər sərnişin yüngül xəsarət aldığından ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti