IMG-LOGO

Gənc əsgərlərin andiçməsinə valideynlər buraxılmayacaq - SƏBƏB

17 Feb 2024 14:18 253 baxış
IMG

Vətəndaşlardan daxil olan çoxsaylı sorğularını nəzərə alaraq bir daha bildiririk ki, sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.

Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik.

Mənbə: lent.az

Xəbər lenti