IMG-LOGO

Körpəsini zibilliyə atan ana saxlanıldı

17 Feb 2024 14:01 86 baxış
IMG

Rusiyanın Novosibirsk şəhərində ötən gün zibil qabında tapılan körpənin 22 yaşlı anası saxlanılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, fevralın 16-da günortadan sonra Jeleznodorojni rayonundakı yaşayış binalarından birinin yerli ərazisində plastik torbaya bükülmüş yeni doğulmuş körpə tapılıb. Körpə xəstəxanaya çatdırılıb, regional Səhiyyə Nazirliyindən verilən məlumata görə, vəziyyəti stabildir. Uşağın 25 dərəcə şaxtada nə qədər vaxt keçirdiyi məlum deyil.

Faktla bağlı yeni doğulmuş uşağı öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Hadisədə saxlanılan ananın şübhəli bilindiyi qeyd olunub.

Mənbə: lent.az

Xəbər lenti