Regiondakı gərginlik günü-gündən böyüməkdədir.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Türkiyə olaraq, barış və sülhə yönəlik fəaliyyətimizi davam etdiririk. Ölkəmizi və millətimizi bu təhlükələrdən uzaq tutmaq üçün lazımi bütün tədbirləri görmüşük. Bizim siyasətimiz sülhə yönəlikdir və biz münaqişələrin diplomatik masada həll edilməsinin tərəfdarıyıq, Türkiyə olaraq buna çalışırıq", - Ərdoğan əlavə edib.
Türkiyə lideri onu da vurğulayıb ki, regionun bu çaxnaşmadan qurtulması üçün bütün imkanlarını səfərbər ediblər.