IMG-LOGO

Alen Simonyan: Bir sıra ölkələr Ermənistan Dəmir Yollarının idarə edilməsinə maraq göstərir

03 Mar 2026 14:59 7 baxış
IMG

Bir sıra ölkələr Rusiyadan Ermənistan Dəmir Yollarını idarə etmək hüququnu əldə etməkdə maraqlıdır.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bəyan edib.

"Biz bu məsələni ilk növbədə Rusiya tərəfi ilə müzakirə edirik və ən qısa müddətdə cavab gözləyirik. Əminəm ki, Rusiyadan Ermənistan Dəmir Yollarını idarə etmək hüquqlarını əldə etməkdə maraqlı olan və bunu istəyən ölkələr var. Mən özüm müxtəlif ölkələrin səfirləri ilə görüşürəm, təbii ki, bu mövzu ilə bağlı maraq və söhbətlər var. Başqa məsələ isə yekun qərarın necə olacağı ilə bağlıdır", - Simonyan bildirib.

Xəbər lenti