İrandan təbii qaz axınının dayandırılması və ya Körfəz ölkələrindən enerji idxalında ciddi bir gecikmələrin yaşanması qlobal miqyasda enerji təchizatı təhlükəsizliyi baxımından mühüm risk yarada bilər.
"Report" TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir vurğulayıb ki, mövcud şəraitdə ən mənfi ssenari qarşıdurmanın getdikcə kəskinləşərək davam etməsidir:
"Bununla bərabər, İranla birlikdə bütün bölgəni öz əlinə alan qeyri-sabitlik mühitinin yaranmasıdır".
Bundan başqa H.Fidan qeyd edib ki, İranın bölgədəki ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarını birbaşa hədəfə alması atılan addımların daha böyük regional təhlükəsizlik böhranına çevrilmə ehtimalını artırır.