IMG-LOGO

Hakan Fidan: İranda 20 minə yaxın Türkiyə vətəndaşı var

03 Mar 2026 13:34 5 baxış
IMG

İranda ikili vətəndaşlar daxil olmaqla təxminən 20 minə yaxın Türkiyə vətəndaşı var.

"Report" TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Nazir qeyd edib ki, Türkiyə ilə olan üç sərhəd keçidindən həm Türkiyə vətəndaşları, həm də üçüncü ölkə vətəndaşları hazırda problemsiz şəkildə keçid edə bilir:

"Bu ana qədər hadisələrdə yaralanan və ya həyatını itirən heç bir vətəndaşımız yoxdur".

Hakan Fidan Avropa rəsmiləri ilə də əlaqədə olduqlarını, bölgədəki vəziyyətlə bağlı danışıqlar apardığını diqqətə çatdırıb:

"Bu gün Fransa tərəfi ilə danışıqlarımız oldu, Almaniya Kansleri Fridrix Mertslə Türkiyə Prezidenti arasında telefon danışığı olub. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenla müzakirələr aparmışıq, amerikalılarla da əlaqədəyik. Əgər sülh istəyirsinizsə, birlikdə işləyək. Onları buna təşviq edirik. Hazırda Körfəz ölkələri ciddi durumla üz-üzədir".

Xəbər lenti