Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın Natanz şəhərindəki nüvə obyektinin binalarının zədələndiyini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə AEBA-nın "X" hesabında məlumat verilib.
"Ən son peyk görüntülərinə əsasən, AEBA indi təsdiqləyə bilər ki, Natanzdakı (İran) yeraltı yanacaq zənginləşdirmə zavodunun giriş binalarının bu yaxınlarda zədələnib. Radioloji nəticələr gözlənilmir və iyun ayındakı münaqişə zamanı ciddi zərər görmüş zavodun özündə heç bir əlavə təsir aşkar edilməyib" - məlumatda deyilir.