Cənub Qaz Dəhlizi (SGC) mövcud mürəkkəb geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası keçirilir. Enerji təhlükəsizliyi ortaq məsuliyyətdir. Şaxələndirmə və həmrəylik Avropanı daha güclü edir. Bugünkü mürəkkəb geosiyasi şəraitdə Cənub Qaz Dəhlizi heç vaxt olmadığı qədər vacibdir. Ölkəmi bu mühüm tədbirdə təmsil etməyimdən və enerji təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müzakirələrə töhfə verməyimdən qürur duyuram", - diplomat qeyd edib.
Qeyd edək ki, Slovakiyanın qaz sektorunun nümayəndələri SGC və yaşıl enerji məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüşlərdə iştirak etmək üçün Bakıdadırlar.