ABŞ və İsrailin İranın Buşehr əyalətinə endirdiyi zərbələr nəticəsində İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz (HDQ) və Hərbi Hava (HHQ) qüvvələrinin beş hərbçisi ölüb.
"Report" xəbər verir ki, bu barədə İran mediası SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
"ABŞ və İsrailin Buşehr əyalətinin Cam və Dəyyər rayonlarına hücumları nəticəsində Korpusun beş hərbçisi həlak olub", - məlumatda bildirilib.