IMG-LOGO

İranda 4,3 maqnitudalı zəlzələ olub

03 Mar 2026 11:41 6 baxış
IMG

İranın cənub hissəsində 4,3 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Şiraz şəhərindən 211 km cənub-şərqdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər lenti