Şimali Kuril adaları yaxınlığında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
"Report"un yerli mediaya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının "Yujno-Saxalinsk" seysmik stansiyasından bildirilib.
Xidmətin məlumatına görə, yeraltı təkanlar Saxalin vaxtı ilə saat 13:16-da Severo-Kurilsk şəhərindən 161 km şərqdə, dəniz dibindən 13 km dərinlikdə qeydə alınıb.