IMG-LOGO

Tbilisidə bank binasında güclü yanğın baş verib

03 Mar 2026 08:54 3 baxış
IMG

Gürcüstanın paytaxtı Tbilisidə "Liberty Bank"ın binasında güclü yanğın baş verib.

"Report" bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yanğın lift şaxtasında başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alıblar, xəsarət alan yoxdur.

"Liberty Bank"ın baş direktoru Beka Qoqiçaişvilinin sözlərinə görə, yanğın ofis otaqlarına zərər vurmayıb.

Xəbər lenti