IMG-LOGO

Ramin Məmmədov: Türkiyə və Azərbaycan dedikdə ağla ilk gələn "strateji güc" anlayışıdır

03 Mar 2026 00:22 5 baxış
IMG

Türkiyə və Azərbaycan dedikdə ağla ilk gələn "strateji güc" anlayışdır.

"Report"un yerli bürosunun məlumatına görə, bunu Türkiyənin İstanbul şəhərində azərbaycanlılar üçün təşkil olunan iftar proqramında çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

Komitə sədri qeyd edib ki, iki qardaş ölkənin vahid strateji gücü Türkiyə və Azərbaycan prezidentlərinin birgə əməkdaşlığı sayəsində qurulub.

R. Məmmədovun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün qoyduğu mirası sayəsində Azərbaycanla Türkiyəyə sadəcə regionda deyil, dünyada söz sahibidirlər.

O, rəhbəri olduğu komitənin də Ulu öndərlərin türk xalqına əmanət qoyduğu mirasa sadiq qalaraq mənəvi dəyələrin təbliği istqamətində fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Xəbər lenti