ABŞ və İsrailin Natanzdakı nüvə obyektinə hücumu beynəlxalq hüquqa ziddir.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bu, İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslaminin Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) ünvanladığı məktubda qeyd olunub.
Qurum rəhbəri BAEA-nı fəaliyyətsizlikdə ittiham edib: "Agentliyin ən qısa zamanda bu fəaliyyətsizliyinə son qoyması və beynəlxalq qaydalara zidd olan bu hərəkətləri pisləyərək nizamnamə üzrə öhdəliklərini yerinə yetirməsi zəruridir".
Qeyd edək ki, ABŞ və İsrail martın 1-də İran ərazisində bir neçə nüvə obyektinə hücum edib, xüsusilə Natanzdakı müəssisəyə zərər dəyib.