IMG-LOGO

Gürcüstan vətəndaşları üçün Yaxın Şərq ölkələrindən xüsusi reyslər təşkil ediləcək

02 Mar 2026 23:18 5 baxış
IMG

Gürcüstan Xarici İşlər Nazirliyi Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı məlumat yayıb.

"Report"un yerli bürosu xəbər verir ki, məlumatda bir sıra ölkələrin hava məkanının bağlanması səbəbindən səyahətlərdə fasilələr yarandığı diqqətə çatdırılıb.

Bildirilib ki, müvafiq aviaşirkətlər tərəfindən vaxtında geri qayıtması təmin edilə bilməyən Gürcüstan vətəndaşları üçün hökumətin qərarı ilə xüsusi reyslər həyata keçiriləcək.

Xüsusi uçuşlar Maskat–Tbilisi marşrutu üzrə 3 və 5 mart, Ər-Riyad–Tbilisi marşrutu üzrə isə 4 mart tarixində yerinə yetiriləcək.

Gürcüstana qayıtmaq istəyən vətəndaşlara müvafiq səfirliklərlə əlaqə saxlamaq tövsiyə olunub.

Xəbər lenti