IMG-LOGO

Telefonu əlindən alınan məktəbli özünü asdı - GƏNCƏDƏ DƏHŞƏT

09 Feb 2024 17:40 99 baxış
IMG

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi A.M-nın yaşadığı evdə intihar etməsi ilə bağlı ilkin səbəb bilinib.

Lent.az sosial mediaya istinadən xəbər verir ki, A.M-nın atası onun əlində olan telefonu alıb və dərslərini oxumasını istəyib.

Atasının sözünə hirslənən uşaq bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 16:16

Gəncədə intihar hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Bağman adlanan yaşayış massivində qeydə alınıb. 

12 yaşlı A.M. yaşadığı evdə özünü asıb. Azyaşlının meyiti yaxınları tərəfindən asılmiş vəziyyətdə tapılıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti