IMG-LOGO

Zaqatalada 3 məktəblini vuran sürücünün FOTOSU

09 Feb 2024 13:03 145 baxış
IMG

Zaqatalada iki 3 məktəblini maşınla vuran sürücünün fotosu yayılıb. 

Lent.az iki azyaşlını həyatdan məhrum edib, birini isə ağır yaralayan həmin şəxsin fotosunu təqdim edir: 

Qeyd edək ki, dünən saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. 

Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib. 

İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə, sonradan isə Bakıdakı xəstəxanaya yerləşdirilib. 

Mənbə: lent.az

Xəbər lenti