IMG-LOGO

Tofiq Musayev və yanındakı idmançılar onu 4 yaşlı uşağının gözü qarşısında döyüblər

01.02.2024 22:09 542 baxış
IMG

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətmələrinin təfərrüatları məlum olub.

 

Məlumata görə, hadisə "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı təşkil olunan şou mərasimi zamanı yaranıb. Belə ki, br qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu 4 yaşlı uşağının gözü önündə döyüblər, sonradan onu paltar dəyişmə otağına apararaq onun idman kariyerasını sonlandırmaq üçün onun şəxsiyyətini alçatmaq istəyiblər. Əsas səbəb H.Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələr gözləyir.

 

Bu əmələ görə cinayəti törədənlərdən 4 nəfər həbs edilib, 2 nəfər barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

 

Fotoda zərərçəkmiş Həsən Əzizov

Xəbər lenti