IMG-LOGO

Lerikdə dərədən meyit tapıldı

29 Jan 2024 15:06 83 baxış
IMG

Yanvarın 29-da səhər saatlarında Lerik rayonunun dağlıq ərazisində, dərədə kişi meyiti aşkarlanıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Meyitdə zorakılıq əlaməti aşkar olunmayıb. Meyitin bir neçə gün həmin ərazidə qaldığı məlum olub.

Hazırda ölən şəxsin kimliyi və ölüm səbəbi araşdırılır.

Mənbə: lent.az

Xəbər lenti