IMG-LOGO

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb, 8 nəfər yaralanıb

28 Jan 2024 08:36 192 baxış
IMG

Rusiyanın Krasnodar diyarında avtobusun iştirakı ilə beş nəfərin ölümü, səkkiz nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” “SHOT”a istinadən xəbər verir ki, Moskvadan Nalçikə hərəkət edən “Neoplan” avtobusu “Hyundai” yük avtomobili ilə toqquşub.

İlkin məlumata görə, avtobus sürücüsü sükan arxasında yuxulayıb və qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb və orada yük maşını ilə toqquşub.

Hadisə yerində xilasedicilər və həkimlər işləyir. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti