IMG-LOGO

ABŞ Senatı Türkiyəyə “F-16” qırıcılarının satışını təsdiqləyib

27 Jan 2024 04:24 268 baxış
IMG

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin İsveçin NATO-ya qəbulunu təsdiqləmə qərarından sonra Türkiyəyə “F-16”ların satışını təsdiqləyib.

Bu barədə “Report” "The Hill" nəşrinə istinadən xəbər verir.

“Bu gün Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini alqışlayıb və bundan sonra Türkiyəyə “F-16” qırıcılarının satışına icazə verəcəyini açıqlayıb”, - komitənin qərarında deyilir.

Qeyd olunub ki, Senat Macarıstanın baş naziri Viktor Orbanın İsveçin NATO-ya daxil olması qarşısında yaratdığı maneələrdən narahatdır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti