IMG-LOGO

Gürcüstan prezidentinə Paşinyanla görüşə icazə verilməyib

27 Jan 2024 02:14 231 baxış
IMG

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək imkanı verilməməsindən təəssüfləndiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Zurabişvili feysbuk hesabında məlumat yayıb.

“Gürcüstan Prezidenti Ermənistan Respublikasının baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin prezidentə Gürcüstana səfər edən dost ölkələrin liderləri ilə görüşmək və onlara lazımi qonaqpərvərlik göstərmək imkanı verilməməsindən təəssüflənir”, - deyə o qeyd edib.

Gürcüstan prezidenti həmçinin ölkəyə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə müvafiq idarənin ona məlumat verməməsindən də təəssüfləndiyini bildirib.

Paşinyan cümə günü Tbilisiyə işgüzar səfərə gəlib. O, artıq Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə danışıqlar aparıb. Daha sonra tərəflər Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclasını keçiriblər. Danışıqlar nəticəsində Gürcüstanla Ermənistan arasında strateji əlaqələrin qurulacağı açıqlanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti