IMG-LOGO

Azərbaycan səfiri etimadnaməsini Panama Prezidentinə təqdim edib

26 Jan 2024 10:16 174 baxış
IMG

Azərbaycan səfiri Məmməd Talıbov etimadnaməsini Panama Prezidenti Laurentino Kortisoya təqdim edib.

“Report” xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Azərbaycanın Panamada fövqəladə və səlahiyyətli səfiri kimi akkreditasiyamı təsdiq edən etimadnaməmi təqdim etmək mənim üçün şərəfdir. Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırdım və ölkələrimiz arasında dostluq, əməkdaşlıq münasibətlərini bundan sonra da inkişaf etdirməyə hazır olduğumuzu təsdiq etdim”, - paylaşımda qeyd edilib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti