IMG-LOGO

Mövsümöncəsi turnirdə oynamayacaqlar - RƏSMİ

22 Nov 2023 14:40 172 baxış
IMG

“İnter Mayami” rəsmi saytında komandanın Ər-Riyad Mövsüm Kubokunda iştirak edəcəyi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə oynayacağı ilə bağlı yayılan məlumatları təkzib edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Əl aş-Şeyx bildirib ki, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Riyaddakı sərgi turnirində bir-birlərinə qarşı oynayacaqlar.

“Bu doğru deyil. Mesajda komanda sahibi Xorxe Mas ilə bağlı ifadələr yer alıb. Mas mövsümöncəsi turla bağlı nə açıq, nə də özəl hər hansı şərh verməyib”, - komandanın mətbuat xidməti bildirib.

Messi yayda Amerikanın "İnter Mayami" klubuna keçib, ondan əvvəl PSJ-də iki mövsüm keçirib. Ronaldo 2023-cü ilin qışında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.

 

Mənbə: lent.az

Xəbər lenti