IMG-LOGO

Türkiyə nümayəndə heyətinin üzvü: "AŞPA Azərbaycansız natamam bir qurum olacaq"

24.01.2024 22:15 102 baxış
IMG

"AŞPA Azərbaycansız natamam bir qurum olacaq".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Türkiyənin AŞPA-da nümayəndə heyətinin üzvü Zeynep Yıldız qurumun qış sessiyası zamanı bildirib.

"Azərbaycanın AŞPA-da olması bu qurumun güclü tərəfidir. AŞPA müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıdır. Qurum plüralizm fəlsəfəsinə sadiq qalmazsa, nasaz vəziyyətə düşəcək. AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var", - Z.Yıldız deyib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti