Arktikadakı vəziyyət gəmiçilik baxımından da dəyişir, ABŞ üçün bunu strategiya baxımından nəzarətdə saxlamaq vacibdir.
"Report" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "ABC News"a müsahibəsində Qrenlandiya ətrafındakı vəziyyəti şərh edərkən bildirib.
"Çinin ticarət gəmisi oktyabrda ilk dəfə Arktika vasitəsilə Böyük Britaniyaya gəlib çatdı. Onlar səyahət müddətlərini qısaldırlar. Arktika dəyişir və ABŞ üçün strateji baxımdan bunu nəzarətdə saxlamaq vacibdir", - o bildirib.
Bessent əlavə edib ki, Amerika Prezidentləri artıq 150 ildir Qrenlandiyaya diqqət yetirirlər.