IMG-LOGO

"Yeni Sabah" xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür

25 Jan 2026 12:54 4 baxış
IMG

Bu gün "Yeni Sabah" xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür.

"Report" xəbər verir ki, 2019-cu il yanvarın 25-də oxucularla görüşə gələn portal siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, idman, şou və digər sahələrlə bağlı operativ informasiyalar yayır, bölgəmizdə və dünya baş verən mühüm hadisələrlə bağlı analitik məqalələr, şərh və ekspert rəyləri dərc edir.

Yenisabah.az domenində yayımlanan xəbər portalı, eyni zamanda, sosial mediada da aktiv fəaliyyət göstərir. Portalın "Facebook", "İnstagram", "Telegram", "TikTok", "YouTube" səhifələri mövcuddur və gün ərzində burada yüzlərlə xəbər, foto və videolar oxuculara çatdırılır.

"Report" olaraq həmkarlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!

Xəbər lenti