IMG-LOGO

Məşhur aktyor düz 50 kilo arıqladı

21 Nov 2023 12:23 266 baxış
IMG

Türkiyəli məşhur komediya ustası, aktyor Ata Demirel  düz 50 kilo çəki ataraq,  sevənlərini heyrətləndirib.

 Uzun aylardır  karbohidratlardan uzaq durmaq və gündə 45 dəqiqə yeriməklə bu nəticəni əldə etdiyini deyən aktyor, dietoloqlardan yardım almadığını bildirib. O əsasən ət, balıq yeməklərinə üstünlük verdiyini, çörək və şirniyyatdan uzaq durduğunu bildirib.

Əvvəllər 140 olan aktyor hazırda 90 kilo çəkidədir və görünüşündən məmnundur. O  "Bir ihtimal daha var" adlı ekran işində rol almağa hazırlaşır.

Mənbə: lent.az

Xəbər lenti