Rusiyanın yanvarın 9-da Kiyevə kütləvi hava hücumları nəticəsində Ukrayna Ali Radasının kommunal sisteminə ciddi ziyan dəyib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, hava zərbələri zamanı Ukrayna parlamentinin işıq, istilik və su təchizatı sıradan çıxıb.
Ali Radadan bildirilib ki, hazırda parlament fəaliyyətini davam etdirir, kommunal xətlər təmir olunur.