IMG-LOGO

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib

09 Jan 2026 17:45 3 baxış
IMG

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

"Report" xəbər verir ki, qadınların yarışında VIII turda "Gəncə" evdə "Milli Aviasiya Akademiyası"nı qəbul edib.

Gəncə İdman Sarayında baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2 (20:25, 22:25, 25:19, 25:15, 15:9).

Kişilərin mübarizəsində isə II turdan təxirə salınan matçda "Azərreyl" "Gənclər"i 3:0 (25:11, 25:12, 25:20) hesabı ilə məğlub edib.

Xəbər lenti