IMG-LOGO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları yola salındı - VİDEO

09 Jan 2026 15:40 2 baxış
IMG
0 0

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb.

1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır./ “APA-Economics” 

https://t.me/lent_az/65175

 

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası

Xəbər lenti