Azərbaycan dilindən istifadədə xeyli problemlərə rast gəlinir.
"Report" xəbər verir ki, bunu Mətbuat Şurası Dil Komissiyasının üzvü, professor Tofiq Hacıyev qurumun genişləndirilmiş iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin orfoqrafiya qaydalarında müəyyən problemlərə rast gəlinir:
"Azərbaycan dilində kim necə istəyir, elə də yazır. Bu məsələdə xaos var, durğu işarələri düzgün işlədilmir. Elə akademiklər var ki, dialektlə danışırlar. Bir sıra Xalq şairləri ədəbi dildə danışa bilmirlər. Ümumiyyətlə, Azərbaycan dilindən istifadədə xeyli problemlər var".