Alimlər insanın alkoqoldan sui-istifadəyə meyilli olub-olmadığını göstərən gözlənilməz bir əlamət aşkar ediblər. Swansea University və Medical University of Lodz tədqiqatçılarının birgə apardığı araşdırmaya görə, barmaqların uzunluq nisbəti bu meyl haqqında mühüm ipucları verə bilər.
Lent.az xarici mətbuata istinadla xəbər verir ki, şəhadət barmağı ilə adsız barmaq arasındakı uzunluq nisbəti ana bətnində testosteron hormonunun təsiri ilə əlaqəlidir.
Bu hormonal təsir isə insanın yetkin yaşlarda davranış xüsusiyyətlərinə, o cümlədən riskli davranışlara və alkoqol istifadəsinə təsir göstərə bilər.
Adsız barmaq daha uzundursa…Məlumata görə, adsız barmağı şəhadət barmağından daha uzun olan şəxslər alkoqol qəbuluna daha çox meylli olurlar. Bu göstərici xüsusilə kişilərdə daha aydın müşahidə edilib.
Alimlər bildirir ki, prenatal dövrdə testosteron və estrogen kimi cinsi hormonlar gələcəkdə riskli davranışlara, o cümlədən spirtli içkilərin daha çox istifadəsinə zəmin yarada bilər.
Araşdırmanın detallarıTədqiqat çərçivəsində 258 tələbənin məlumatları təhlil edilib və alkoqol istifadəsində gender fərqləri müəyyən olunub. Nəticələrə əsasən, kişilər qadınlarla müqayisədə daha çox spirtli içki qəbul edir və alkoqolla bağlı ölüm riski də onlarda daha yüksəkdir. Bu faktlar testosteronun prenatal təsirinin davranış formalaşmasında mühüm rol oynadığını təsdiqləyir.
Alimlər nə deyir?Araşdırmanın rəhbəri, professor John Manning bildirib ki, alkoqol istifadəsinə təsir edən bioloji əsasların anlaşılması effektiv profilaktik tədbirlərin hazırlanması baxımından olduqca vacibdir.
Onun sözlərinə görə, barmaq uzunluğu kimi fizioloji markerlərin öyrənilməsi alkoqolizmə meylin erkən mərhələdə aşkarlanmasına və müdaxilə üsullarının təkmilləşdirilməsinə kömək edə bilər.
Əvvəlki tədqiqatlar da bunu göstəribBarmaq uzunluğu ilə davranış arasındakı əlaqə daha əvvəl də araşdırılıb. Professor Meninqin digər elmi işlərində bu göstəricinin COVID-19-dan sağalma prosesi, idman nailiyyətləri və aqressiya səviyyəsi ilə əlaqəsi də öyrənilib. Bu nəticələr prenatal hormonal təsirin insan davranışlarını anlamaqda nə qədər əhəmiyyətli olduğunu bir daha vurğulayır.
Yeni ümidlərAraşdırmanın nəticələri alkoqolizmin profilaktikasında yeni yanaşmaların mümkünlüyünü göstərir. Anadangəlmə fizioloji xüsusiyyətlərin asılılıqlarla mübarizədə bir alət kimi istifadə olunması həm davranışın bioloji əsaslarını daha dərindən anlamağa, həm də daha effektiv müalicə və profilaktika üsullarının inkişafına ümid yaradır.
içki alkoqol